Erməni hakimlər Avropa Liqasında qərəzli hakimliyə görə həbs olundu
11 avqust 2013 06:33 (UTC +04:00)

Erməni hakimlər Avropa Liqasında qərəzli hakimliyə görə həbs olundu

Avropa Liqası çərçivəsində keçirilmiş oyunda qərəzli hakimlik etdiklərinə görə ömürlük diskvalifikasiya olunmuş iki erməni hakim barəsində 2 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

 

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq hökm ötən gün İrəvanın Nork Maraş inzibati rayon məhkəməsi tərəfindən Ermənistan Polisinin Baş İstintaq İdarəsinin iddiası əsasında çıxarılıb.    

 

Məhkəmə iclası qapalı olub.  

 

Məhkəmə iclasından sonra Andranik Arsesyan və Ovanes Avakyan Ədliyyə Nazirliyinin “Nubaraşen” həbsxanasına etap olunub.

 

Xatırladaq ki, avqustun 6-da Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi Avropa Liqasında keçirilmiş oyunda qərəzli hakimlik etdiklərinə görə iki hakimin ömürlük diskvalifikasiya olunması barədə qərar qəbul edib.  

 

Söhbət Avropa Liqasının I kvalifikasiya raundunda Finlandiyanın “İnter” və Farer adalarının “Vikinqur” komandaları arasında iyulun 11-də keçirilmiş cavab oyununa hakimlik etmiş baş hakim Andranik Arsenyan və onun köməkçisi Oqanes Avaqyandan gedir.

 

Qeyd edək ki, totalizatorlarda “İnter” - “Vikinqur” matçına qoyulan həddindən artıq yüksək pul qoyuluşları UEFA nümayəndələrinin diqqətindən yan keçməyib. Belə ki, oyunun nəticəsinə hətta 300 min avro məbləğində pul qoyuluşları olduğu bildirilir. Sövdələşmənin iştirakçısı olan erməni hakimlər “lazımi” nəticəni təmin etməyi öz üzərilərinə götürüblərmiş. Bu səbəbdən də, onlar  matç ərzində bir neçə dəfə əsassız penalti təyin ediblər.   

 

Ekspert Komitəsi və Ermənistan Futbol Federasiyasının rəhbərliyi hadisə ilə bağlı hərtərəfli araşdırma aparıb. Qeyd edək ki, Arsenyan və Avaqyan təqsirli olduqlarını və sövdələşmədə iştirak etdiklərini  etiraf ediblər. 

# 1414
avatar

Oxşar yazılar

“Trabzonspor” yarımfinalda

“Trabzonspor” yarımfinalda

28 fevral 2024 , 23:00
“Qarabağ”dan səfər qələbəsi

“Qarabağ”dan səfər qələbəsi

28 fevral 2024 , 20:59
Kloppu  ləyaqətlə   yola salmalıyıq

Kloppu ləyaqətlə yola salmalıyıq

28 fevral 2024 , 19:39
"Çelsi"nin  antirekordundan   DANIŞDI

"Çelsi"nin antirekordundan DANIŞDI

28 fevral 2024 , 18:18
“Roma”dan Dibala ilə bağlı  YENİ QƏRAR

“Roma”dan Dibala ilə bağlı YENİ QƏRAR

28 fevral 2024 , 16:57
19 yaşlı futbolçunun  evində meyiti   tapıldı

19 yaşlı futbolçunun evində meyiti tapıldı

28 fevral 2024 , 14:06
Lunev “Qarabağ”a  transferindən   DANIŞDI: “Şükür Allaha...”

Lunev “Qarabağ”a transferindən DANIŞDI: “Şükür Allaha...”

28 fevral 2024 , 11:42
"Çox üzüldüm, ağlayacaqdım" - Poçettino

"Çox üzüldüm, ağlayacaqdım" - Poçettino

28 fevral 2024 , 09:27