AFFA-nın baş katibi Elxan Məmmədov beynəlxalq təyinat alıb. Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 30-da Çexiyanın paytaxtı Praqa şəhərindəki Eden stadionunda keçiriləcək UEFA Super Kuboku uğrunda oyunun UEFA nümayəndəsi Məmmədov olacaq.
Super Kubok uğrunda oyunda Çempionlar Liqasının son qalibi "Bavariya" (Münhen, Almaniya) və ötən mövsüm Avropa Liqasında ən yüksək nəticəyə imza atmış "Çelsi" (London, İngiltərə) klubları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.