Əlcəzair millisi 29 ildən sonra çempion oldu
Misirdə keçirilən Afrika Millətlər Kubokuna yekun vurulub.
APA-nın məlumatına görə, yarışın son günündə final oyunu keçirilib.
Həlledici görüşdə Əlcəzairlə Seneqal üz-üzə gəlib. Matçın taleyini erkən qol həll edib. Bağdad Bunedjanın 2-ci dəqiqədə vurduğu top Əlcəzairə qitə çempionu titulunu qazandırıb.
Onun komandası 29 ildən sonra bu mükafata yiyələnib. İkinci dəfə Afrika çempionu olan Əlcəzairin ilk nailiyyəti 1990-cı ildə qeydə alınmışdı.
Qeyd edək ki, Əlcəzair və Seneqal yığmaları kimi Nigeriya millisi də turniri mükafatla başa vurub. Sonuncular bürünc medala yiyələniblər.
416