Edin Ceko “Roma”-ya keçdi
12 avqust 2015 23:05 (UTC +04:00)

Edin Ceko “Roma”-ya keçdi

0

“Mançester Siti”nin hücumçusu Edin Ceko karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bosniyalı futbolçu gözlənildiyi kimi “Roma”ya keçib.

 

Bu barədə “şəhərlilər”in rəsmi “tvitter” səhifəsindən xəbər verilib. Bildirilir ki, Bosniya və Hersoqovina milli komandasının hücumçusu qarşıdakı 1 il ərzində icarə əsasında “canavar”ların şərəfini qoruyacaq.

 

Anlaşmanın şərtlərinə görə, sonrakı periodda “Roma” istəsə Cekonun transfer hüquqlarna birdəfəlik sahib ola bilər.

 

Qeyd edək ki, Edin Ceko 2011-ci ildə “Volfsburq”dan gəldiyi “Mançester Siti”nin heyətində 4 il yarım ərzində meydana çıxdığı 189 oyunda 72 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar