Madridin «Real» futbol klubu Forbes-in versiyasına görə, dünyanın ən bahalı idman komandalarının siyahısına başçılıq edir.
İspan klubunun qiyməti 3,3 milyard dollar həcmində qiymətləndirilir. Kral klubu ən çox qazanan komandadır (2011/12 mövsümündə 650 milyon dollar).
Siyahıda ilk 3 yer futbol klublarına məxsusdur. İkinci yerdə «Mançester Yunayted» - 3,165 milyard dollar, üçüncüdə isə «Barselona» 2,6 milyard dollarla qərarlaşıb.
Sonrakı 6 yeri ABŞ-ın beysbol və futbol klubları tuturlar, 10-cu yerdə isə Londonun «Arsenal» klubu gəlir. Çempionlar liqasının qalibi «Bavariya» 12-ci yerdədir (1,309 milyard).
«Formula-1»in ən bahalı komandası olan «Ferrari» 21-ci yerdədir (1,15 milyard). «Nyu-York Niks» baskebol klubu 1,1 milyardla 23-cü yerdədir. Reytinqdə həmçinin bir hokkey klubu da var. «Toronto Mgypl Lifs» 1 milyardla 31-ci yerdədir.