Türkiyənin “Harunustaspor” adlı həvəskar futbol klubu dünyada ilk dəfə bitkoin kriptovalyutası ilə futbolçu transfer edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub 22 yaşlı Ömər Faruku 0.0524 bitkoin və üstəgəl 2500 türk lirəsi qarşılığında heyətinə qatıb.
Müqavilənin ümumi məbləği isə 4500 türk lirəsi təşkil edib.
Klubdan bildirilib ki, dünyada ilk dəfə bitkoinlə transfer həyata keçirən klub kimi tarixə düşməkdən qürur duyurlar.