Braziliyanın “İnternasyonal” futbol komandasının baş məşqçisi Karlos Dunqa istefaya göndərilib. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, səbəb komandanın son oyunlarda göstərdiyi uğursuz nəticələr olub.
“İnternasyonal” ölkə çempionatındakı axırıncı 4 oyununun hamısını uduzub. Dunqa ilə birgə komandanı bütün məşqçilər heyəti tərk edib.
Qeyd edək ki, Karlos Dunqa 1982 – 1998-ci illərdə Braziliya millisinin futbolçusu, 2006 – 2010-cu illərdə yığmanın baş məşqçisi olub. O, komandanın kapitanı kimi 1994-cü il dünya çempionatının qalibi olub.