Braziliyada 2014-cü il dünya çempionatının rəsmi topunu təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, “Brazuca” adlanan top final mərhələsinin oyunları zamanı istifadə olunacaq.
O, azarkeşlər arasında sorğu nəticəsində seçilib. Eyni zamanda dünya çempionatının keçiriləcəyi istənilən şəhərdə dekabrın 3-də doğulmuş bütün uşaqların valideynlərinə “Brazuca” topu hədiyyə ediləcək.
Qeyd edək ki, 2014-cü il dünya çempionatı gələn il iyunun 12-dən iyulun 13-dək keçiriləcək.