“Real Madrid” klubu “Bavariya”nın yarımmüdafiəçisi Toni Kroosun transferini rəsmiləşdirib. Lent.az-ın məlumatına görə, 24 yaşlı futbolçu kral klubu ilə 6 illik müqavilə imzalayıb. Alman futbolçunun yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, Çempionlar liqasının son qalibi “Real Madrid” T.Kroosa görə, “Bavariya”ya 30 milyon avro ödədiyi bildirilir.
Toni Kroos Braziliyada keçirilən dünya çempionatında özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb və komandasının çempionluğunda böyük rol oynayıb.