Fransanın Lion şəhərində paralimpiyaçı atletlər arasında keçirilən dünya çempionatında Azərbaycan milli komandası ilk medalını qazanıb. Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, bu, Samir Nəbiyevdir.
O, diskatma növündə 45.77 m nəticə ilə gümüş medala sahib olub.
Qeyd edək ki, dünya çempionatına iyulun 28-də yekun vurulacaq.