Dünya çempionatı: Boksçumuz ¼ finalda
21 oktyabr 2013 17:23 (UTC +04:00)

Dünya çempionatı: Boksçumuz ¼ finalda

Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatında oktyabrın 21-də Azərbaycanın 2 boksçusu rinqə çıxıb. Lent.az-ın məlumatına görə, 49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə 1/8 final mərhələsində cənubi koreyalı Kim İnkyu ilə görüşüb.

 

2011-ci ilin Avropa çempionu olan Əlizadə 0:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

 

Cavid Çələbiyev (56 kq) isə 1/4 finala vəsiqə qazanıb. Milli komandamızın üzvü 1/8 finalda Keniya idmançısı Benson Njanqirunu məğlub edib – 2:1 (30:27, 30:27, 28:29). Həmyerlimiz növbəti mərhələdə hindistanlı Şiva Tapa ilə üz-üzə gələcək. Hindistan Boks Federasiyası Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) tərəfindən cəzalandığından, bu ölkənin idmançıları AİBA bayrağı altında çıxış edirlər.         

Axşam proqramında isə Teymur Məmmədov rinqə çıxacaq. Onun rəqibi daha bir hindistanlı Manpreet Sinqx olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772
avatar

Oxşar yazılar