Türkiyə super liqasının 14-cü həftəsində «Qalatasaray»la «Elazığspor» arasında keçirilən oyundan sonra sarı-qırmızıların oyunçuları Drogba və Ebue formalarının altından geyindikləri Mandelaya həsr edilən yazılı tişörtlə bağlı «icazə almadıqları» üçün ölkənin Peşəkar Futbol Qurumunun nizam –intizam komitəsinə sövq edilib.
Lent.az-ın «CNNTürk»-ə istinadən məlumatına görə, afrikalı bu oyunçular Nelson Mandelanın vəfatını yad etmək məqsədi belə forma geyiniblər.
Droqbanın tişörtündə «Təşəkkürlər Mandela!» («Thank you Madiba»),Ebuenin fomasında isə «Hüzur içində yat, Mandela!» («Rest in Peace Nelson Mandela») yazılıb.
Oyundan sonra futbolkanın çıxardıb, şüarlar yazılan formanı stadiona toplaşanlara nümayiş etdiriblər. Onların bu hərəkətini tamaşaçılar alqışlayıb.