Draytulinq üzrə ilk Respublika Çempionatı başladı
14 dekabr 2013 14:36 (UTC +04:00)

Draytulinq üzrə ilk Respublika Çempionatı başladı


 

Bu gün “ClimBaku” İdman Dırmanma Mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə Draytulinq üzrə ilk Respublika Çempionatına start verilib. 

Lent.az-ın məlumatına görə, keçirilən təsnifat yarışında müxtəlif bölgələrdən olan 40-dan çox idman klubunun (“Qərb Universiteti”, “AMEAST”, “A+A”, “Ekosport”, “Murov”, “FHN İdman Klubu”, “Salavat”, “Zirvə”, “Şahdağ”, “Yanardağ”, “Rock Stone”, “Babadağ”, “Qaya Qartalları”, “Extralife”, “Kyanit”, “Şəki AMA” və s.) 160-dan artıq idmançısı qüvvələrini sınayır. Yarış qızlar, oğlanlar və komandalar arasında keçirilir. 

Çempionatın keçirilməsində əsas məqsəd ölkənin ən güclü idmançılarını müəyyənləşdirərək beynəlxalq yarışlarda Respublikanı təmsil edəcək milli komanda formalaşdırmaqdır. Çempionat iki gün davam edəcək.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843

Oxşar yazılar