Diktor həmkarımız “Neftçi”ni ziyana saldı
05 noyabr 2013 13:37 (UTC +04:00)

Diktor həmkarımız “Neftçi”ni ziyana saldı

AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının XII turunda keçirilmiş “Neftçi” – “Xəzər Lənkəran” matçının diktorunun çağırışları ilə əlaqədar flaqmanı cəzalandırıb. Lent. az-ın məlumatına görə, səbəb “Bakcell Arena”dakı oyunun gedişində diktorun “Neftçi” azarkeşlərini öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirməsi olub.

 

Meydan sahibləri 2000 manat ziyana düşüblər. Qonaq komanda isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat cəriməyə məruz qalıb. Eyni məbləğdə cəriməni “Bakı” 4 futbolçusunun “Simurq”la görüşdə sarı vərəqə alması üzündən ödəməli olacaq.

 

“İnter” isə “Rəvan”la görüşün videoyazısını təqdim etmədiyi üçün 1000 manat cərimələnib.

 

Qeyd edək ki, “Neftçi”nin ev oyunları zamanı diktor funksiyasını klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Mehman Rəsulov yerinə yetirir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1541
avatar

Oxşar yazılar