DÇ-2014.Püşkatama - NƏTİCƏLƏR
06 dekabr 2013 21:31 (UTC +04:00)

DÇ-2014.Püşkatama - NƏTİCƏLƏR

Dekabrın 6-da  2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışın püşkü Kosta-du-Sauipe şəhərində təşkil olunan təntənəli tədbirdə atılıb.


Gecənin aparıcıları Fernanda Lima və Rodriqo İlbertın təqdimatında baş tutan tədbirin startı bədii hissədən ibarət olub. Ardında səhnəyə FİFA prezidenti Yozef Blatterlə Braziliyadan olan həmkarı Dilma Russeff qonaqları salamlayaraq ürək sözlərini deyib. Sonra Nelson Mandelanın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Tədbir əvvəlki mundialların yaddaqalan epizodlarının video klipi ilə davam etdirilib. Səhnəyə çıxan son dünya çempionu İspaniyanın baş məşqçisi Visente del Boske dünya kubokunu təşkilatçı ölkə Braziliyaya təslim edib və onu yenidən qazanacaqlarına çalışacaqlarını bildirib. Ardında tədbir cənubi amerika musiqisi ilə axarına davam verib.

Növbəti videogörüntülərlə iştirakçı yığmaların təqdimatı keçirilib. Mundiallarda ən çox qol vuran braziliyalı Ronaldo isə bu dəfəki yarışın oynanılacağı Brazuka topunu bir daha səhnədən nümayiş etdirib.

Bundan sonra nəhayət ki, yubiley – 20-ci dünya çempionatının püşkatmasının əsas hissəsinə start verilib. Növbə çempionatın talismanı Fulekoya da çatıb. Növbəti musiqi parçasından sonra çıxış edən “Futbol kralı” Pelenin ardınca isə mundialın keçiriləcəyi stadionların təqdimatı gerçəkləşib.

FİFA-nın baş katibi Jerom Valkenin səhnəyə çıxması ilə tədbirin rəsmi hissəsi başlayıb. Xatırladaq ki, hələ tədbir ərəfəsində millilər 4 səbətə bölünmüşdü. 1-ci səbətdə ən güclülər yer alıbsa, digərləri konfederasiyalar prinsipinə görə qurulub.

1-ci səbət: Braziliya, Argentina, İspaniya, Almaniya, Kolumbiya, Belçika, Uruqvay, İsveçrə

2-ci səbət: Əlcəzair, Kamerun, Fil Dişi Sahili, Qana, Nigeriya, Çili, Ekvador.

3-cü səbət: Avstraliya, İran, Yaponiya, Cənubi Koreya, Kosta-Rika, Honduras, Meksika, ABŞ

4-cü səbət: Bosniya və Herseqovina, Xorvatiya, İngiltərə, Fransa, Yunanıstan, İtaliya, Hollandiya, Portuqaliya, Rusiya

Səbətlərdən komandaları çıxarmaq üçün futbol əfsanələri Alsides Qicca (Uruqvay), Cefri Herst (İngiltərə), Kafu (Braziliya), Fabio Kannavaro (İtaliya), Mario Kempes (Argentina), Fernando Yerro (İspaniya), Zinədin Zidan (Fransa) və Lotar Matteusdur (Almaniya) səhnəyə dəvət alıb. Mərasimdə planetin ən güclü 32 komandası 8 qrupa bölünüb.

Dünya çempionu olmuş 3 yığma Uruqvay, İtaliya və İngiltərə eyni qrupa düşüb. Son mundialın finalçıları İspaniya ilə Hollandiya da eyni qrupda yer alıb. Özü də onlar elə ilk turda qarşılaşacaq. Çempionların qrupunda İngiltərə ilə İtaliya arasında qarşılaşma da I tura təsadüf edəcək.

A qrupu
1. Braziliya
2. Xorvatiya
3. Meksika
4. Kamerun

B qrupu
1. İspaniya
2. Hollandiya
3. Çili
4. Avstraliya

C qrupu
1. Kolumbiya
2. Yunanıstan
3. Fil Dişi Sahili
4. Yaponiya

D qrupu
1. Uruqvay
2. Kosta-Rika
3. İngiltərə
4. İtaliya

E qrupu
1. İsveçrə
2. Ekvador
3. Fransa
4. Honduras

F qrupu
1. Argentina
2. Bosniya və Herseqovina
3. İran
4. Nigeriya

G qrupu
1. Almaniya
2. Portuqaliya
3. Qana
4. ABŞ

H qrupu
1. Belçika
2. Əlcəzair
3. Rusiya
4. Cənubi Koreya

Qeyd edək ki, dünya çempionatının final mərhələsi gələn il iyunun 12-dən start götürəcək. Çempionatın açılış oyununda Braziliya ilə Xorvatiya üz-üzə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1658
avatar

Oxşar yazılar