Macarıstan paytaxtı Budapeştdə cü-do üzrə paralimpiaçılar arasında Avropa çempionatı keçirilib.
Lent.az-ın məlumatına görə, yarışın ikinci günü Azərbaycan yığmasının iki cü-doçusu finala çıxıb.
57 kq çəki dərəcəsində Səbinə Abdullayeva zədəli olsa da tatamiyə çıxıb və uduzub. 100 kq-dan artıq çəkidə isə İlham Zəkiyev döşək üzərinə çıxıb. O, rəqibi üzərində qələbə qazanmaqla 5-ci dəfə Avropa çempionu olub.
Xatırladaq ki, o, ikiqat paralimpiada, ikiqat dünya çempionudur.
Natiq Talıbov (81 kq),Ö Tofiq Məmmədov (90 kq), Zakir Müslimov (100kq) bürünc mükafat uğrunda yarışacaq.
Onu da yada salaq ki, dekabrın 4-də Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq) çempion, Elçin Talıbov (60 kq) isə üçüncü olub.