Çoxdan gözlənilən döyüş: Vladimir Kliçko – Aleksandr Povetkin
05 oktyabr 2013 11:14 (UTC +04:00)

Çoxdan gözlənilən döyüş: Vladimir Kliçko – Aleksandr Povetkin

Oktyabrın 5-də Rusiyanın paytaxtı Moskvadakı Olimpiya İdman Kompleksində peşəkar boksçular Vladimir Kliçko ilə Aleksandr Povetkin arasında döyüş olacaq. Lent.az-ın məlumatına görə, ukraynalı Kliçko WBA, WBO, IBF və IBO versiyaları üzrə dünya çempionu, rusiyalı Povetkin isə WBA versiyası üzrə müntəzəm dünya çempionudur.

 

Superağır çəkili boksçuların görüşü hələ 2008-ci ilin dekabrında baş tutmalı idi. Lakin həmin qarşılaşma ərəfəsində Povetkin zədələndiyindən, döyüş təxirə salınıb. Bundan sonra iki boksçu arasında görüş təşkil etmək üçün bir neçə cəhd edilib. Amma rusiyalı boksçunun nümayəndələrinin günahı üzündən müqavilənin bağlanılması mümkün olmayıb. Nəhayət, iyulda tərəflər razılığa gələrək, çoxdan gözlənilən müqaviləni imzalayıblar.

 

Döyüş öncəsi Moskvada böyük ajiotaj hökm sürür. Hazırda “qara bazar”da biletlər 12 – 20 min dollara satılır.

 

Qeyd edək ki, Vladimir Kliçko və Aleksandr Povetkin həm də olimpiya çempionları sayılırlar. Kliçko 1996-cı il Atlanta, Povetkin isə 2004-cü il Afina Yay Olimpiya Oyunlarında qızıl medala sahib olub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1851
avatar

Oxşar yazılar