“Çox məyusam. Çox bərbad oynadıq. Futbolçular məni məyus elədilər. Məni “Makkabi” yox, öz futbolçularım təəccübləndirdi. Çünki onlar 3 ardıcıl ötürmə verə bilmirdilər”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.
“Ağ-yaşıllar” Avropa Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmasında Hayfada “Makkabi”nin qonağı oldular. 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini açıqlayan uelsli mütəxəssis nəticədən razı qaldığını bildirib: “Fikrimcə, biz yaxşı hesabla uduzduq. Rəqibin necə sürətli oynadığını gördünüz. Hesab daha böyük ola bilərdi. 30 ildir futboldayam, amma çalışdırdığım komandalardan belə zəif oyun görməmişdim. İlk yarıda Sadio Tounkara, ikinci hissədə Junior Nildo gözəl şansı əldən verdilər. Bizə səfərdə qol vurmaq çox vacib idi. Lakin bundan yararlana bilmədilər”.
Cavab matçına glincə, Toşak ümidlərini itirmədiyini söyləyib: “Hələ heç nə itirilməyib. Düzdü, bu gün 2:0 hesabı ilə uduzduq. Rəqib bir addım bizdən öndədi. Hesab qanunauyğundur. Rəqib güclü olsa belə, cavab matçında öz gücümüzə inanmalıyıq. Futbolçular daha yaxşı oyun göstərə bilərlər. Hesaba görə lənkəranlı azarkeşlərdən üzr istəyirəm”.

Con Toşak lənkəranlılardan üzr istədi
Oxşar yazılar

Azərbaycan güləşçiləri reytinq turnirində 5 medal qazandılar
19 iyul 2025 , 04:53
"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04