Con Toşak: “Hamınız “Böyük oyun”a hazır olmalısınız!”
21 avqust 2013 13:19 (UTC +04:00)

Con Toşak: “Hamınız “Böyük oyun”a hazır olmalısınız!”

“Xəzər Lənkəran” futbol komandası ən prinsipial rəqibi “Neftçi” ilə Topaz Premyer Liqasının IV tur qarşılaşmasının hazırlıqlarına başlayıb. Lent.az-ın cənub klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, “ağ-yaşıllar” “Böyük oyun”a dönüş matçı kimi yanaşırlar.

 

Təsadüfi deyil ki, axşam məşqində baş məşqçi Con Toşak futbolçuları məşq ortasında iki dəfə fiziki çalışmalarla yorub, “Bazar gününə çox var və hamınız bu oyuna hazır olmalısınız!” deyərək motivasiya etməyə çalışıb.

 

Hazırda “Xəzər Lənkəran”da qapıçılardan savayı zədəli futbolçuların olmaması məşqçilər korpusunu sevindirən məqamdır. Qolkiperlər Duqlas Leyte və Orxan Sadıqlının zədələri isə davam edir və komandanın həkimləri hər iki futbolçunun bərpası üçün səylərini davam etdirir.

 

Qeyd edək ki, avqustun 25-də keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçı saat 20:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744
avatar

Oxşar yazılar