Oktyabrın 9-da Qazaxıstanın Almatı şəhərində MDB ölkələrinin Milli Olimpiya Komitələrinin Regional Forumu başlanacaq. Lent.az-ın məlumatına görə, forumda Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təmsil edəcək.
O, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına dair təqdimatla çıxış edəcək. Qazaxıstan Milli Olimpiya Komitəsinin prezidenti Temirxan Dosmuxanbetovun açıq elan edəcəyi tədbirdə MDB və Baltikyanı ölkələrin nümayəndələri müxtəlif mövzularda dəyirmi masa ətrafında müzakirələr aparacaqlar.
Həmçinin iclas zamanı Soçi-2014 Təşkilat Komitəsinin nümayəndəsi gələn il keçiriləcək Qış Olimpiya Oyunlarına, Tbilisi-2015 Təşkilat Komitəsinin icraçı direktoru isə 2 il sonra Gürcüstan paytaxtında təşkil olunacaq Gənclərin Avropa Olimpiya Festivalına hazırlıqla bağlı hesabat verəcəklər.