Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı
11 iyun 2019 14:21 (UTC +04:00)

Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı

Avrokuboklarda yeni mövsümün ilk püşkatması keçirilib.
 
APA-nın məlumatına görə, Çempionlar Liqasının ilkin mərhələsinin cütləri bəlli olub.
 
Avropanın ən aşağı reytinqli 4 liqasının çempionu püşk nəticəsində iki cütlük təşkil edib. Bu raundda yarımfinalın iki görüşü və final qarşılaşması Kosovonun Priştina şəhərindəki Fadil Vokkri stadionunda baş tutacaq.
 
Çempionlar Liqası
İlkin mərhələ
Yarımfinal
25 iyun
1. “Feronikeli” (Kosovo) -  “Linkoln” (Cəbəllütariq)
2. “Tre Penne” (San-Marino) - “Santa Koloma” (Andorra)
 
Final
28 iyun
1-ci cütün qalibi – 2-ci cütün qalibi
    
Qeyd edək ki, mərhələnin qalibi Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanacaq. Qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran üç komanda isə çıxışını Avropa Liqasında davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785
avatar

Oxşar yazılar