Çempionlar Liqası: II təsnifat mərhələsinin ilk oyunları başa çatdı
Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Neftçi”nin oyunu da daxil olmaqla, daha 8 qarşılaşma baş tutub.
“Şirak” “Partizan”la, HİK “Nomme Kalyu” ilə heç-heçə edib.
“Molde” səfərdə “Sliqo Rovers”ə, “Legiya” TNS-ə, “Makkabi” “Qyor”a və “Seltik” isə “Kliftovill”ə qalib gəlib.
“Elfsborq” doğma publiqa önündə “Dauqava”nı, “Slovan” isə “Ludoqorets”i üstələməyi bacarıb.
Qeyd edək ki, “Neftçi” – “Skenderbeu” oyununda isə qalib müəyyənləşməyib - 0:0.
“Şirak” (Ermənistan) – “Partizan” (Serbiya) - 1:1
Qollar: Hakobyan, 48 - Volkov, 90+3
HİK (Finlandiya) – “Nomme Kalyu” (Estoniya) - 0:0
“Sliqo Rovers” (İrlandiya) – “Molde” (Norveç) - 0:1
Qol: Çima, 42
“Elfsborq” (İsveç) – “Dauqava” (Latviya) - 7:1
Qollar: Rohden, 20; 62, Nilsson, 61, Banqura, 68, Klaesson, 89, Holmen, 90+2, Sololov, 48-avtoqol - İzuka, 78
TNS (Uels) – “Legiya” (Polşa) - 1:3
Qollar: Frauqan, 12 - Kuçarsyk, 47, Saqanovski, 57, Koseçki, 74
“Slovan” (Slovakiya) – “Ludoqorets” (Bolqarıstan) - 2:1
Qollar: Halenar, 87; 90+3-pen - Mantyla, 65
“Qyor” (Macarıstan) – “Makkabi” (Təl-Əviv, İsrail) - 0:2
Qollar: Yitsaki, 76, Alberman, 90+4
“Kliftovill” (Şimali İrlandiya) – “Seltik” (Şotlandiya) - 0:3
Qollar: Lustiq, 25, Samaras, 31, Forrest, 85