Çempionlar Liqası.Qazaxıstanın “Şaxtyor”u “Neftçi”nin “qisasını” aldı
31 iyul 2013 03:04 (UTC +04:00)

Çempionlar Liqası.Qazaxıstanın “Şaxtyor”u “Neftçi”nin “qisasını” aldı

Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə azarkeşlər 10 qarşılaşma izləyib. 


Avropanın ən titullu klub turnirinin II təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran Albaniyanın “Skenderbeu” klubu Qazaxıstanda “Şaxtyor”un qonağı olub. Karaqanda da baş tutan görüşdə meydan sahibləri Korça təmsilçisini darmadağın edib – 3:0.

Digər oyunlarda isə “Austriya” evdə “Hafnarfyordur”u, “Bazel” “Makkabi”ni, Zaqreb “Dinamo”su “Şerif”i və “Lion” “Qrasshoppers”i minimal hesabla üstələyib. 

“Styaua” səfərdə “Dinamo”ya 2:0, “Viktoriya” “Nomme Kalyu”ya 4:0, “Zenit” “Norsyelland”a 1:0 və “Metallist” PAOK-a 2:0 hesabı ilə qalib gəlib. 

PSV isə “Sulte Varegem” üzərində çətinlik çəkməyib – 2:0.

Qeyd edək ki, III təsnifat mərhələsinin digər oyunları bu gün keçiriləcək.



“Şaxtyor” (Qazaxıstan) - “Skenderbeu” (Albaniya) - 3:0 
Qollar: Dzidiç, 8, Murtazaev, 79, Kizhniçenko, 90

“Austriya” (Vyana, Avstriya) - “Hafnarfyordur” (İslandiya) - 1:0
Qol: Royer, 25

“Dinamo” (Gürcüstan) - “Styaua” (Rumıniya) - 0:2
Qollar: İanku, 64; 83

“Nomme Kalyu” (Estoniya) - “Viktoriya” (Çexiya) - 0:4
Qollar: Sisovski, 2; 52; 90+2, Duris, Duris, 77

“Bazel” (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:0
Qol: Stoker, 39

“Norsyelland” (Danimarka) - “Zenit” (Rusiya) - 0:1
Qol: Kerjakov, 49

PAOK (Yunanıstan) - “Metallist” (Ukrayna) - 0:2
Qollar: Deviç, 43; 72

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Şerif” (Moldova) - 1:0
Qol: Rukavina, 89

PSV (Hollandiya) - “Sulte Varegem” (Belçika) - 2:0
Qollar: Depay, 61, Lokadia, 75

“Lion” (Fransa) - “Qrasshoppers” (İsveçrə) - 1:0
Qol: Bisevas, 64 

# 1455
avatar

Oxşar yazılar