Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə 5 qarşılaşma keçirilib.
Azərbaycanlı futbol azarkeşlərinin diqqəti isə Avstriyaya yönəlib. Belə ki, Zalsburqda yerli “Austriya” ilə qardaş Türkiyənin “Fənərbaxça” klubu qarşılaşıb.
Maraqlı keçən matçda qalib müəyyənləşməyib – 1:1. İlk qolu isə meydan sahibləri vurub. 68-ci dəqiqədə Duqlas Alan yerli azarkeşləri sevindirib. Lakin oyuna əlavə edilmiş 5-ci dəqiqədə Raul Meyreleş komandasını məğlubiyyətdən xilas edib.
Digər görüşlərdə də APOEL “Maribor”la, “Molde” (Norveç) Legiya” ilə heç-heçə edib – 1:1.
“Ludoqorets” “Partizan”a, və “Seltik” “Elfsborq”a minimal hesabla qalib gəlib.
Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 6-7-də keçiriləcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi (ilk oyunlar)
31 iyul
APOEL (Kipr) - “Maribor” (Sloveniya) -1:1
Qollar: Qonçalves, 21 - Tavares, 29
“Molde” (Norveç) - “Legiya” (Polşa) - 1:1
Qollar: Çima, 29 - Dvalişvili, 68
“Ludoqorets” (Bolqarıstan) - “Partizan” (Serbiya) - 2:1
Qollar: Marçelino, 54, Aleksandrov, 67 - Markoviç, 49
“Austriya” (Zalsburq, Avstriya) - “Fənərbaxça” (Türkiyə) - 1:1
Qollar: Alan, 68 - Meyreleş, 90+5
“Seltik” (Şotlandiya) - “Elfsborq” (İsveç) - 1:0
Qol: Kommons, 76