Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, qitənin ən titullu klub turnirində mübarizə aparan yeganə təmsilçimiz “Neftçi” də bu gün meydana çıxıb.
Bakıda keçirilən ilk matçda Albaniyanın “Skenderbeu” klubu ilə qolsuz heç-heçə edən çempionumuz mərhələ keçmək üçün səfərdə münasibətlərinə aydınlıq gətirib. Bu matçda baş məşqçi Böyükağa Hacıyevin yetirmələrinə ya qollu heç-heçə, ya da qələbə lazım idi ki, növbəti mərhələyə keçsin. Lakin flaqmanın qrup arzusu gözündə qalıb.
Belə ki, oyunun əsas vaxtına qədər tərəflər fərqlənə bilməyiblər. Matça əlavə edilən dəqiqələrdə isə meydan sahibləri istəyini reallaşdırıb. 116-cı dəqiqədə Nureddin Orelesinin qüvvətli zərbəsi təmsilçimizin qapıçısı Saşa Stamenkoviç üçün qarşısı alınmaz olub – 1:0.
Beləliklə, ötən mövsüm Avropada uğurlu çıxışı ilə futbolumuzda tarix yazaraq, diqqət mərkəzinə düşən “Neftçi” eyni uğuru təkrarlaya bilməyib.
“Skenderbeu” (Albaniya) - “Neftçi” (AZƏRBAYCAN) - 1:0
QOL:Orelesi, 116
QIRMIZI VƏRƏQƏ: İqor Mitreski, 90+2
Korça. “Skenderbeu” stadionu
Baş hakim: Pavel Gil
Baş hakimin köməkçiləri: Piotr Sadczuk, Marcin Borkovski
Dördüncü hakim: Pavel Raçkovski (hakimlər briqadası Polşadandır)
UEFA nümayəndəsi: Riçard Qavrila (Slovakiya)
Hakim-inspektor: Adrian D.Caşa (Malta)
“Skenderbeu”: 1. Orqes Şehi, 3. Renato Arapi, 20. Ademir Ribeyro, 33. Marko Radas, 78. İvan Qvozdenoviç, 8. Nureddin Orelesi, 17. Gilman Lika, 31. Jetmir Sefa, 88. Sabiean Lilay, 10. Bledi Şkembi (k), 22. Pero Pejiç
Baş məşqçi: Mirel Yosa
“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Alexandr Karlos Kardosa, 3. Denis Kruz, 5. İqor Mitreski, 16. Buruno Bertuççi, 22. Mahir Şükürov (k), 9. Valensio Aleks Flavio, 10. Julius Vobay, 15. Erik Ramos, 25. Cavid İmamverdiyev, 11. Melvin Platje
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 32. Elvin Yunuszadə, 6. Rəşad Sadiqov, 7. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 14. Bahodir Nasimov,
Baş məşqçi: Böyükağa Hacıyev