Avqustun 6-da Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları başlayıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Fənərbaxça” klubu azarkeşləri qarşısına çıxıb.
“Neftçi”ni mübarizədən kənarlaşdıran “Skenderbeu”nun isə Qazaxıstanda aldığı böyük hesablı məğlubiyyətin əvəzini çıxa bilmədi.
Çempionlar Liqası
III təsnifat mərhələsi (cavab oyunları)
6 avqust
“Makkabi” (Təl-Əviv, İsrail) – “Bazel” (İsveçrə) - 3:3
İlk oyun – 0:1
QOL: Fabian, 34 (avtoqol), Zahavi, 37, M. Radi, 55 - Fabian, 5 (pen.), M. Salah, 21, Marselo Dias, 32.
“Styaua” (Rumıniya) – “Dinamo” (Tiflis, Gürcüstan) - 1:1
İlk oyun – 2:0
QOL: Lotovlevisi, 6 - Astarloa,48
“Maribor” (Sloveniya) – APOEL (Kipr) - 0:0 (İkinci Hissə)
İlk oyun – 1:1
“Skenderbeu” (Albaniya) – “Şaxtyor” (Qazaxıstan) - 3:2
İlk oyun – 0:3
QOL: Tomiç, 9, Şkembi, 20, 29 (pen.) - Sergey, 38, Bayzanov, 66
“Fənərbaxça” (Türkiyə) – “Zalsburq” (Avstriya) - 3:1
ilk oyun - 1:1
QOL: Meyreleş, 8, M. Sou, 17, Vebo, 34 - Soriano, 4
“Partizan” (Serbiya) – “Ludoqorets” (Bolqarıstan) - 0:1
İlk oyun – 1:2
QOL: Zlatinski, 88
“Qrasshopers” (İsveçrə) – “Lion” (Fransa) - 0:1
İlk oyun – 0:1
QOL: Qrenyer, 82