Fransanın Lion şəhərində atçılıq idmanı üzrə «CSIx5» «Qran pri»si keçirilib. Lent.az-ın «azeri sport»-a istinadən məlumatına görə, azərbaycanlı çapar Camal Rəhimov 50 idmançı arasında uğurlu çıxış edərək, finala çıxıb.
İştirakçıların tərkibi çox güclü olub. Rəhimov olimpiada qalibi Herx Şloderi, Avropa çempionu Roc Bostini, dünya reytinqində birinci Ben Maxe və ikincisi Kristian Axlmanı qabaqlayıb.
Camal Rəhimovu Almaniyanın Ştutqart şəhərində keçiriləcək oxşar yarışma gözləyir. Bu yarışma dünya çempionatında iştiraka lisenziya qazandırmaq mərhələsinə hazırlıqdır. Həmin yarışmaya isə idmançımız artıq lisenziyanı qazanıb.