Buffon Çempionlar Liqasında 100-cü oyununu keçirdi
04 may 2017 05:14 (UTC +04:00)

Buffon Çempionlar Liqasında 100-cü oyununu keçirdi

0

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Yuventus” “Monako” ilə qarşılaşıb.

 

Apasport.az saytının məlumatına görə, matça start heyətində başlayan turinlilərin qapıçısı Canluici Buffon üçün bu qarşılaşma qitənin ən nüfuzlu klub turnirində 100-cü olub.

 

“Qoca sinyora”nın əfsanəvi “çərçivə qoruyucusu” klubun heyətində bu göstəriciyə çatan ilk oyunçu olub.

 

Bir komandanın heyətində ən çox ÇL matçına çıxan oyunçu “Barselona”lı Xavi, ümumiyyətlə isə ən çox ÇL matçı oynamış oyunçu “Real” və “Porto”nun qapıçısı İker Kasilyasdı – 164 oyun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 511

Oxşar yazılar