Braziliyanın San-Paul şəhərində stadion tikintisi meydanında azı 3 nəfər həlak olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yanğınsöndürmə xidməti bildirib ki, olayın baş verməsinə səbəb tikinti kranının fəhlələrin üzərinə aşmasıdır.
Futbol üzrə dünya birinciliyinin açılış mərasimi keçiriləcək həmin stadion 2013-cü ilin dekabrınadək hazır olmalıdır.
Çempionatın keçirilməsi üçün Braziliya hakimiyyətinin sifariş etdiyi 12 stadiondan 6 –sının hazır olduğu bildirilir.