Beş boksçumuz 1/4-də
23 oktyabr 2013 00:58 (UTC +04:00)

Beş boksçumuz 1/4-də

Qazaxıstanın Almatı şəhərində boks üzrə dünya çempionatı davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisinin 5 üzvü 1/4 finala vəsiqəni rəsmiləşdirib.


60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev 1/8 finalda İrlandiya nümayəndəsi Sian Makkomb üzərində qələbə qazanıb – 2:1 (28:29, 29:28, 30:27). Həmyerlimiz növbəti mərhələdə 2009-cu ilin dünya çempionu, italiyalı təcrübəli boksçu Domeniko Valentino ilə qarşılaşacaq.


Dünya çempionu Məhəmmədrəsul Məcidov (+91 kq) da yarışa qələbə ilə başlayıb. Boksçumuz ABŞ təmsilçisi Lenroy Thompsonu yarışdan kənarlaşdırıb – 3:0 (29:28,30:26, 30:27). Məcidov 1/4 finalda London Olimpiadasında üstələdiyi Maqomed Omarovla (Rusiya) qarşılaşacaq.

Elvin Məmişzadə də (52 kq) 1/4 finala vəsiqə qazananlar arasındadır. Həmyerlimiz Türkmənistan nümayəndəsi Zarip Jumayevlə görüşdə elə bir çətinlik çəkməyib. Məmişzadə yarımfinala vəsiqə qazanmaq üçün tailandlı Çhatçai Butdeeni məğlub etməlidir.

Pərviz Bağırov isə (69 kq) 1/8 finalda mübarizəni dayandırıb. Millimizin üzvü italiyalı Vinçenzo Maniqapreyə uduzub.

Qeyd edək ki, buna qədər Cavid Çələbiyev (56 kq) və Teymur Məmmədov da (91 kq) 1/4 finala yüksəlmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1051
avatar

Oxşar yazılar