Berti Foqts Roberto Karlosla da görüşdü
13 yanvar 2014 11:45 (UTC +04:00)

Berti Foqts Roberto Karlosla da görüşdü

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Türkiyənin Antalya bölgəsində təlim-məşq toplantısında olan, yığmamızın futbolçularının çıxış etdikləri klubların düşərgəsinə baş çəkib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Foqts köməkçisi Volfqanq Rollfla birgə Topaz Premyer Liqası klublarının məşqlərini və yoxlama oyunlarını izləyib, baş məşqçilərlə görüşlər keçirib.

 

Almaniyalı mütəxəssislər “Qarabağ”, “Xəzər Lənkəran”, “İnter” və “Simurq”un baş məşqçiləri, müvafiq olaraq, Qurban Qurbanov, Mustafa Dənizli, Kaxaber Tsxadadze və Georgi Çixradze ilə fikir mübadiləsi aparıblar.

 

Foqts eyni zamanda, Braziliya futbolunun canlı əfsanəsi və 2002-ci ildə dünya çempionu olmuş, hazırda Türkiyə Superliqasında çıxış edən “Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla da görüşüb. Bu da təsadüfi deyil. Çünki “Sivasspor”da millimizin üzvü Cihan Özkara çıxış edir. İki mütəxəssis arasında fikir mübadiləsi də aparılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573
avatar

Oxşar yazılar