“Estoniya millisini qələbə münasibətilə təbrik edirəm. Görünür qələbə istəkləri daha çox idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis Tallinndə Estoniya yığması ilə keçirilən qarşılaşma haqda fikirlərini açıqlayıb. Foqts 1:2 hesablı məğlubiyyətin səbəblərinə toxunub: “İki səhvimizdən sonra iki qol buraxdıq. Belə oyunlara bizə çox lazımdır. Nəzərə almalıyıq ki, rəqibin futbolçuları başqa çempionatlarda oynayır. Oyundan razı qala bilmərəm. Maksim Medvedevi məcburiyyətdən dayaq yarımmüdafiəçisi kimi oynatdım. O, sağ cinah müdafiəçisi kimi daha yaxşıdır. Amma gələcək üçün sınaqdan keçirməliyik”.
Almaniyalı mütəxəssis oyunun axarına da toxunub: “Birinci hissədə biz, ikincidə Estoniya yaxşı oynadı. Rəqib daha sürətli idi. Qələbəni rəqibə hədiyyə elədik”.
Foqts “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin sözlərinə cavab vermək istəməyib: “Böyükağaya cavab verməyəcəm. Ona cavab vermək istəmirəm. Böyükağa bu sözləri deməklə Qırğızıstana qarşı hörmətsizlik edir”.
Berti Foqts: "Böyükağa hörmətsizlik edir"
1623