Benzema və Riberi seks qalmaqalından bəraət aldı
30 yanvar 2014 22:08 (UTC +04:00)

Benzema və Riberi seks qalmaqalından bəraət aldı

Paris məhkəməsi fransız futbolçuları Frank Rİberi və Kərim Benzemaya bəraət verib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar yetkinlik yaşına çatmayan qadının seksual xidmətindən yararlanmaqda ittiham olunurdu.

 

Hakim bildirib ki, hazırda 21 yaşı olan Zaei Dearın yetkinlik yaşına çatmaması barədə məlumatlarının olması haqda yetərli sübut yoxdur.

 

İttihamlar təsdiqlənsə idi, o zaman futbolçulara 3 il iş kəsili bilərdi.

 

Nə oyunçular nə Dear məhkəmə zalında görünməyib.

 

Fransa qanunlarına əsasən, 18 yaşına çatmayanlarla pullu seks yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə sayılır. Bu cinayətə görə ya 3 il iş kəsilir, ya da 45 min avro cərimə ödənilir.

 

Fransada yetkinlik yaşı həddi 15-dəkdir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1316
avatar

Oxşar yazılar