"Rəvan”ın sabiq baş məşqçisi Bəhmən Həsənov yenidən komandaya qayıdıb. Lent.az-ın məlumatına görə, klub rəhbərliyi bu dəfə 52 yaşlı mütəxəssisə uşaq futboluna nəzarət etmək üçün vəzifə verib.
Həsənov qarşıdakı 2 ildə uşaq futbolu üzrə koordinator kimi çalışacaq.
Qeyd edək ki, Bəhmən Həsənov istər “Rəvan”, istərsə də bu kluba yaxınlığı ilə tanınan “Muğan” komandalarında bir neçə dəfə baş məşqçi kimi çalışıb.