Moldovada basketbol üzrə ölkə çempionatında «Çadır Basket»-lə «Qamma» klubları arasında Çadır –Lunqada keçirilən oyunda faciə baş verib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, oyun zamanı hakim Vyaçeslav Frolov ölümü yarışın dayandırılmasına səbəb olub.
Bu haqda jurnalistlərə Moldova Basketbol Federasiyasının prezidenti Aktavian Vukol məlumat verib.
Onun sözlərinə əsasən, komandalardan birinin hücumu zamanı hakim yıxılıb. Həkim –reanimatoloqların cəhdlərinə baxmayaraq, o, keçinib.
Frolov Milli dərəcəli hakim olub. Ötən ilin oktyabrında o, 60 yaşını qeyd edib.