Baş məşqçidən ŞOK qərar: Gecə saat 4-də məşq
05 oktyabr 2013 13:22 (UTC +04:00)

Baş məşqçidən ŞOK qərar: Gecə saat 4-də məşq

Türkiyənin “Bursaspor” klubunun baş məşqçisi Kristof Daum komandanın futbolçularını gecə saat 4-də məşqə çıxarıb. Lent. az-ın məlumatına görə, bu barədə komandanın qapıçısı Sebastyan Fray “twitter” səhifəsində yazıb.

 

O, komanda yoldaşları ilə paltardəyişmə otağında çəkdirdiyi şəkli də yerləşdirərək, “Həyatımda ilk dəfə gecə saat 4-də məşqə çıxacağam” tvitini atıb. Məşq yağmurlu hava şəraitində 30 dəqiqəyədək davam edib. Ötən gün “Karabükspor”la Türkiyə Superliqası matçında start heyətdə meydana çıxan futbolçular yüngül qaçışla kifayətləndikləri halda, digərləri xeyli qaçıblar. Bundan sonra almaniyalı mütəxəssis komandaya oktyabrın 8-dək istirahət verib.

 

Qeyd edək ki, “Bursaspor” Superliqada 7-ci turun açılış matçında “Karabükspor”u səfərdə minimal hesabla yenib – 1:0. Oyundan sonra Bursayadək 5,5 saatlıq yol qət etdikdən sonra komanda üzvləri məşqə çıxıblar. Hazırda 8 xala malik 2 komanda 9-10-cu yerləri bölüşdürürlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1294
avatar

Oxşar yazılar