Baş məşqçi milli komandanı autsayder kluba dəyişdi
20 noyabr 2013 12:37 (UTC +04:00)

Baş məşqçi milli komandanı autsayder kluba dəyişdi

Sinişa Mihayloviç futbol üzrə Serbiya milli komandasının baş məşqçi postundan getdiyini bəyan edib. Lent.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssisin yeni iş yeri İtaliya “Sampdoriya”sı olacaq.

 

Mihayloviç bu klubda 1994 – 1988-ci illərdə futbolçu kimi çıxış edib. O, yaxşı kollektiv formalaşdıra bildiyi millidən ayrılmasına təəssüfünü ifadə edib. Gənc mütəxəssis yığmaya dönüşünə şad olacağını, amma hazırda digər yerdə işləmək istədiyini bildirib.

 

Qeyd edək ki, Sinişa Mihayloviç 2012-ci ildə baş məşqçi təyin olunduğu Serbiya yığmasına 2014-cü il dünya çempionatına vəsiqə qazandıra bilməyib. Onun müqaviləsi noyabrın sonunadək nəzərdə tutulmuşdu. “Sampdoriya”da isə serbiyalı mütəxəssis noyabrın 11-də istefaya göndərilmiş Delio Rossini əvəzləyəcək. 12 turdan sonra bu klub İtaliya A seriyasında 9 xalla 18-ci pillədə qərarlaşıb. Mihayloviç daha öncə İtaliyanın “Fiorentina”, “Kataniya” və “Bolonya” klublarının baş məşqçisi olub, “İnter”də isə Roberto Mançinin məşqçilər heyətində yer alıb. Mançini hazırda Türkiyə “Qalatasaray”ının baş məşqçisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 885
avatar

Oxşar yazılar