Baş məşqçi “Qızıl top”u boykot etdi
05 dekabr 2013 10:50 (UTC +04:00)

Baş məşqçi “Qızıl top”u boykot etdi

Futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv “Qızıl top” seçimində səsvermədən imtina edib. Lent.az-ın məlumatına görə, buna səbəb səsvermədəki hər bir iştirakçının etdiyi seçimin açıqlanması olub.

 

2013-cü ilin yekunlarına əsasən, namizədlər siyahısına “Bundestim”in 5 futbolçusu – qapıçı Manuel Noyer, müdafiəçi Filipp Lam, yarımmüdafiəçi Bastian Şvaynştayger, hücumçu Tomas Müller (hamısı “Bavariya”) və hazırda İngiltərə “Arsenal”ında çıxış edən orta xətt oyunçusu Məsut Özil düşüb. Löv kollektivdə münasibətləri pozmamaq üçün bu oyunçulardan heç birini fərqləndirmək istəməyib.

 

FİFA-nın “France Football” nəşri ilə birgə keçirdiyi sorğuda milli komandaların kapitanları və baş məşqçiləri iştirak edirlər. Onların hər biri ən yaxşı saydıqları 3 futbolçunun adını çəkməlidir. Bu isə o deməkdir ki, Löv hətta 3 almaniyalı futbolçunu ən yaxşı saysaydı belə, öz rəhbərliyi altında oynayan 5 nəfər arasından seçim etməli idi.

 

Qeyd edək ki, “Qızıl top”a ümumilikdə 23 namizəd var. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Kriştianu Ronaldu (Portuqaliya, “Real Madrid”), Filipp Lam və Robert Levandovskini (Polşa, “Borussiya” Dortmund) seçib. Qalibin adı 2014-cü il yanvarın 12-də açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842
avatar

Oxşar yazılar