“Milan”ın və İtaliya millisinin Qana əsilli futbolçusu Mario Balotelli 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatı ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatına danışan 23 yaşlı forvard bu turnirdə əsl gücünü sübut edəcəyini deyib:
“Braziliyadakı turnir dünyanın ən yaxşı hücumçusu olduğumu sübut etmək üçün əla fürsətdir”.
Balotelli dünya çempionatında D qrupundakı rəqibləri ilə bağlı da danışıb. O, İngiltərə, Uruqvay və Kosta-Rikadan çəkinmədiklərini bildirib: “Demək istəyirəm ki, təşkil olunan önəmli turnirlərdə biz həm tarixi uğurlarımız, həm də göstərdiyimiz çıxış baxımından İngiltərədən üstünük”.
Qeyd edək ki, Mario İtaliya millisi ilə 29 oyunda 12 qol vurub.