Bakıya klubsuz futbolçu gəlir - SİYAHI
06 avqust 2013 11:26 (UTC +04:00)

Bakıya klubsuz futbolçu gəlir - SİYAHI

Avqustun 14-də Bakıda Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Malta yığmasının heyəti açıqlanıb. Lent.az-ın məlumatına görə, siyahıda 23 futbolçu yer alıb.

 

Onlardan 6-sı Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Xəzər Lənkəran”ın rəqibi olmuş “Slima”da çıxış edir.   

 

Qapıçılar: Henri Bonello, Qlenn Zammit (hər ikisi “Slima”), Justin Haber (“Birkirkara”), Nikolas Vella (“Tarxien”)

 

Müdafiəçilər: Yakob Borq, Klifford Qatt Baldaççino, Mark Skerri (hər üçü “Slima”), Rayan Kamilleri, Kleyton Failla (hər ikisi “Hibetnians”), Justin Qrioli (“Balzan”), Andre Agius (“Sassari Torres”, İtaliya)

 

Yarımmüdafiəçilər: Pol Feneç, Edvard Herrera, Roven Muskat, Qaret Skiberras (hamısı “Birkirkara”), Şon Bajada, Rayan Feneç, Roderik Briffa (hər üçü “Valletta”)

 

Hücumçular: Mixael Mifsud (klubsuz), Terens Vella (“Birkirkara”), Endryu Kohen (“Hibernians”), Con Mintoff (“Slima”), Andre Şembri (“Omoniya”, Kipr)

 

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830
avatar

Oxşar yazılar