Bakının qalib olacağı tarix açıqlandı
12 iyul 2013 14:23 (UTC +04:00)

Bakının qalib olacağı tarix açıqlandı

Bakının 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyinin rəsmiləşəcəyi tarix açıqlanıb. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu, iyulun 21-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) VIII Baş Assambleyası çərçivəsində baş tutacaq.

İclasda Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, İHİF-vitse-prezidenti Çingiz Hüseynzadə, beynəlxalq əlaqələr idarəsinin rəisi və “Bakı 2017” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva və beynəlxalq proqramlar üzrə mütəxəssis, İslam Həmrəyliyi Oyunları işçi qrupunun üzvü Mehman Kərimov təmsil edəcəklər. Toplantıda 2013 – 2017-ci illər İHİF-in yeni tərkibinin seçilməsi, struktur dəyişiklikləri və “Bakı 2017” tərəfindən təqdimat planlaşdırılır. Baş Assambleya 5 gün davam edəcək.

Qeyd edək ki, 2017-ci il Oyunları uğrunda mübarizədə Bakı yeganə namizəd şəhər kimi qeydə alınıb. 

# 754
avatar

Oxşar yazılar