Dekabrın 14-ü “Sərhədçi” Olimpiya İdman Mərkəzində MMA (qarışıq döyüş növləri) üzrə Dünya Kubokunun final mərhələsi keçiriləcək. Lent.az-ın məlumatına görə, yarışda Azərbaycanla yanaşı daha 7 ölkə təmsil olunacaq.
Millimizin heyətinə Orxan Məmmədov (70,3 kq), Vüsal Bayramov (77.1 kq), Taleh Nəcəfzadə (84 kq), Rəsul Müslümov (93 kq) və Zaur Hacıbabayev (93 kq-dan yuxarı) daxil edilib. Dünya çempionu Etiqad Atakişiyev isə zədə səbəbindən turnirdə iştirak etməyəcək. Dünya Kubokunun təntənəli açılış mərasimi şənbə günü saat 18-də olacaq. Bir gün əvvəl təşkilatçılar eləcə də qonaqlar mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, Dünya Kubokunda iştirak etmək üçün Ümumdünya MMA Assosiasiyasının prezidenti Vadim Finkelşteyn və MMA-ın canlı əfsanəsi, dəfələrlə dünya çempionu olan Fyodr Yemelyanenko da paytaxtımızda olacaq.