Bakıda Qran-Pri start götürdü
06 dekabr 2013 18:39 (UTC +04:00)

Bakıda Qran-Pri start götürdü

Ağırlıqqaldırma üzrə IWF Qran-Prisinin açılış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb. O, digər növlərlə yanaşı, ağırlıqqaldırma növünün də son illər ölkəmizdə inkişaf etdiyini bildirib. İsmayılov növbəti illərdə Bakıda keçiriləcək nüfuzlu yarışları sadalayaraq, Qran-Prinin də belə turnirlərdən biri olduğunu vurğulayıb. Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Urso Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Cahangir Əsgərova yarış üçün yaratdığı şəraitə görə minnətdarlıq edib. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayan isə bu yarışı həm də bütün ağırlıqqaldıranların bayramı adlandırıb. O bildirib ki, son 4-5 ildə ağırlıqqaldırma Azərbaycanda ağırlıqqaldırma ən inkişaf edən növlərindəndir. Ayan bundan sonra Qran-Prini Bakıda hər il təşkil edəcəklərini açıqlayıb: “Artıq bu barədə gənclər və idman naziri Azad Rəhimovla Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovla razılıq əldə olunub. Mən İWF-yə üzv bütün ölkələr adından AAAF-a və Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq edirəm. Bu Qran-Prini iştirakçıların səviyyəsinə görə kiçik dünya çempionatı da adlandırmaq olar”. Ardından Ayan AAAF-a xüsusi hədiyyə və diplom hədiyyə edib. Gənclər və idman naziri Azad Rəhimov yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb. O, həm də Qran-Prini açıq elan edib. Qeyd edək ki, İWF Qran-Prisində 24 ölkədən 70 idmançı iştirak edir. Yarışa dekabrın 7-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 797
avatar

Oxşar yazılar