Bakıda keçiriləcək dünya çempionatının səfiri bu məşhur oldu
12 mart 2019 09:38 (UTC +04:00)

Bakıda keçiriləcək dünya çempionatının səfiri bu məşhur oldu

Məşhur rusiyalı gimnast Yana Batırşina sentyabrın 16-22-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının səfiri elan olunub. Azərbaycan Gimnastika Federasiyasından ONA-ya verilən məlumata görə, karyerasını bitirmiş idmançının namizədliyi Beynəlxalq Gimnastika Federasiyası tərəfindən rəsmi olaraq təsdiqlənib.
Beşqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı mundialın təşviqat və təbliğatı üçün hazırlanan xüsusi  proqramda iştirak edəcək. Bu proqram çərçivəsində bir sıra tədbirlər və azarkeşlərlə görüş nəzərdə tutulub.
Y. Batırşina karyerasını bitirdikdən sonra televiziyada çalışmağa başlayıb. 2000-ci ildən etibarən, o Rusiyanın müxtəlif kanallarında bir sıra verilişlərin aparıcısı olub. Batırşina Rusiyanın 1-ci kanalında gənclər üçün populyar “Do 16 i starşe” proqramında aparıcılıq edib. 2001-ci ildə növbəti iki il idman xəbərlərini aparmaq üçün “Stolitsa” kanalına keçir. Burada o “Sport” telekanalının əməkdaşları tərəfindən diqqət çəkir və həmin kanalda işləməyə başlayır. Batırşina bu idman kanalında 2012-ci ilə qədər çalışır.
Bu layihə ilə yanaşı, Yana digər layihələrdə də görünməyə başlayır. 2002-ci ildə izləyicilər Yananı “Fort Boyard” adlı TV şouda görürlər, 2 il sonra isə keçmiş idmançı “Narodnıy artist” musiqi şousunda aparıcı qismində çıxış edir.
2013-2016-cı illərdə “Karusel” uşaq telekanalında “Odin protiv vsex” proqramının aparıcılığını edir. 2014-cü ildə Qış Olimpiya Oyunları (Vankuver) zamanı Batırşina “Sport Plyus” kanalının xüsusi Olimpiya kanalında görünür.
O, “Parni iz Baku” (Bakılı oğlanlar) Şən və Hazırcavablar Klubunun sabiq üzvü, NTV kanalının baş prodüseri Timur Vaynşteyn ilə ailəlidir. Cütlüyün Məryəm və Ayla adında iki qızı və ötən ilin fevralında doğulmuş Leonid adlı bir oğulları var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647
avatar

Oxşar yazılar