Bakıda əlbəyaxa döyüşlər olacaq
27 noyabr 2013 12:37 (UTC +04:00)

Bakıda əlbəyaxa döyüşlər olacaq

Qarışıq döyüş növləri üzrə Dünya Kubokunun final mərhələsi Bakıda keçiriləcək. Lent.az-ın məlumatına görə, dekabrın 13-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində start götürəcək yarışa 8 ən güclü yığma komanda qatılacaq.

 

Reqlamentə əsasən, idmançılar 5 çəki dərəcəsi üzrə (70,3 kq; 77,1 kq; 84 kq; 93 kq; +93 kq) çıxış edəcəklər. Azərbaycan ən güclü idmançıları ilə təmsil olunacaq.

 

Dünya Kubokunun final mərhələsinin yüksək səviyyədə keçirilməsi məqsədi ilə Azərbaycan MMA Liqasının prezidenti Kənan Məmmədov Təşkilat Komitəsinin yaradılması barədə qərar qəbul edib. Mahmud Mehdiyev quruma rəhbər təyin edilib.

 

Qeyd edək ki, Dünya Kuboku 2 gün davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569
avatar

Oxşar yazılar