"Azercell" şirkəti AFFA ilə sponsorluq müqaviləsini uzatmaqdan imtina edib.
Bu haqda Lent.az-a şirkətin rəhbəri Kirill Qaburiç məlumat verib. O bildirib ki, Azərbaycan milli komandasına və U-17 liqasına sponsorluğu nəzərdə tutulan yeni anlaşma imzalanmayacaq. Səbəb kimi artıq digər idman növlərinə də investisiya yatırmaq istədiklərini göstərib.
Qaburiç yerli klublardan hər hansı birinə sponsorluq variantını da istisna edib.