Rusiyada azərbaycanlı idmançı dünyasını dəyişib. apasport.az saytının məlumatına görə, Çerepovts şəhərində yaşayan həmyerlimiz Əli Novruzov məşq zamanı həyatını itirib.
Qarışıq təkbətək döyüşlə məşğul olan 17 yaşlı Novruzov sparrinq rəqibi İvan Çekurovdan ürək nahiyəsindən aldığı zərbədən ayılmayıb. Hadisə noyabrın 6-da Döyüş Sənətləri Mərkəzidə baş verib.
Mərhumun cənazəsi noyabrın 7-də Azərbaycana gətirilib və Qubada dəfn edilib.
Azərbaycanlı idmançı məşq zalında keçindi - FOTO
7804