Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək
08 avqust 2019 16:30 (UTC +04:00)

Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb. 
 
APA-nın məlumatına görə, FİFA referisi III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək LASK (Avstriya) – “Bazel” (İsveçrə) qarşılaşmasının baş hakimi olacaq. 
 
Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. 
 
Qeyd edək ki, matç avqustun 13-də keçiriləcək. İlk oyunda LASK 2:1 hesabı ilə qalib gəlib. 
# 731
avatar

Oxşar yazılar