Litva milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə təmsilçisinin yığması yerli mütəxəssis İqor Pankratyevə tapşırılıb.
Son 3 ayda baş məşqçi əvəzi olan 49 yaşlı litvalı bu posta rəsmən təyin edilib. DÇ-2014-ün seçmə mərhələsinin böyük hissəsi ərzində macarıstanlı Çobo Laslonun köməkçisi olan Pankratyev vaxtilə Azərbaycanda da çalışıb.
Litvalı mütəxəssis 2009-cu ildə “Standart”ın məşqçilər korpusunda yer alıb. Pankratyev onu ölkəmizə dəvət edən həmyerlisi, təmsilçimizin sabiq baş məşqçisi Valdas İvanauskasın köməkçisi olub. Lakin uğursuz çıxışlar üzündən litvalılar klubdan qovulmuşdu.
Qeyd edək ki, Pankratyev də İvanauskas kimi futbolçu kimi “Jalgiris”dəki çıxışları ilə məşhurlaşıb.
Azərbaycandan qovulan mütəxəssis Litva milisində
1560