Draytulinq üzrə ilk Azərbaycan çempionatı keçiriləcək
10 dekabr 2013 11:28 (UTC +04:00)

Draytulinq üzrə ilk Azərbaycan çempionatı keçiriləcək

Dekabrın 14-də Azərbaycanda ilk dəfə draytulinq (Drytooling) üzrə Azərbaycan çempionatı start götürəcək. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iki gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi ilə birgə “ClimBaku” İdman Dırmanma Mərkəzində təşkil olunacaq.

 

Nazirliyin təsdiq etdiyi qaydalar üzrə keçiriləcək çempionatda FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox idman klubu – “Qərb Universiteti”, “AMEAST”, “A+A”, “Ekosport”, “Murov”, “FHN İdman Klubu”, “Salavat”, “Zirvə”, “Şahdağ”, “Yanardağ”, “Rock Stone”, “Babadağ”, “Qaya Qartalları”, “Mauntain Bee”, “Tanrıdağ”, “Gəncə”, “Daşkəsən”, “Kəmər Qaya”, “Nuxa”, “Gənclik”, “Macəra”, “Skautlar”, “İrəli”, “Memarlıq Akademiyası”, “Texniki Universitet”, “Qafqaz”, “Simurq”, “Kəpəz”, “Gömrük”, “Extralife”, “Kyanit”, “Şəki AMA” və s. iştirak edəcək. Əsas məqsəd ölkənin ən güclü idmançılarını müəyyən etmək və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək milli komanda formalaşdırmaqdır.

 

Çempionatın yüksək səviyyədə təşkili üçün federasiyanın tərkibində fəaliyyət göstərən klubların idmançıları hazırda “ClimBaku” İdman Dırmanma Mərkəzində məşq edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1083
avatar

Oxşar yazılar